Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Livan mətbuatının yazdığına görə, Prezident Cozef Aun İsrailin Baş naziri Benyamin Netanyahu ilə mümkün görüşü ölkədə “sabitlik səylərinə zərər verə biləcəyi” səbəbi ilə rədd edib.
"Cebheinfo.az" xəbər verir ki, “Əd-Diyar” qəzetinin rəsmi mənbələrə istinadən yaydığı xəbərdə Beyrut ilə Təl-Əviv arasında ABŞ-də aparılan danışıqlar prosesi ilə bağlı məlumatlara yer verilib.
Bildirilir ki, Livan Prezidenti Cozef Aun İsrailin Baş naziri Benjamin Netanyahu ilə görüş məsələsində məsafəli mövqeyini qoruyur.
Məlumata görə, Livan tərəfi “Netanyahu ilə keçiriləcək görüşün hazırkı sabitlik səylərinə zərər verə biləcəyi” barədə xəbərdarlığı ABŞ rəsmilərinə çatdırıb. Vaşinqtonun da bu yanaşmanı müsbət qarşıladığı qeyd olunub.
Xəbərdə həmçinin vurğulanıb ki, Beyrutun Təl-Əvivlə sülh sazişi imzalamaq kimi bir məqsədi yoxdur. Əsas məqsədin “sərhəd təhlükəsizliyi və ərazi bütövlüyünü təmin etmək” olduğu bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin