Livan Prezidenti: Ordu cənubda nəzarəti ələ almağa hazırdır

22.11.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qahirə, 22 noyabr, AZƏRTAC

Livan Prezidenti Cozef Aun ölkənin cənubundakı vəziyyətin nizamlanması, suverenliyin tətbiqi üçün 5 bəndən ibarət təşəbbüs irəli sürüb.

AZƏRTAC “Sky news arabia” telekanalına istinadla xəbər verir ki, dövlət başçısı bu təşəbbüslə konkret fəaliyyət planı təqdim edib, dövlət və ordunun cənubda işğal altında olan Livan ərazilərində nəzarəti ələ almağa hazır olduğunu bildirib.

Prezident vurğulayıb ki, beştərəfli komissiya İsrail ordusunun geri çəkiləcəyi yerləri təhvil almaq üçün konkret vaxt cədvəli təqdim edəcək.

C.Aun ölkəsinin İsraillə BMT, ABŞ və ya müştərək beynəlxalq vasitəçilərin himayəsi ilə danışıqlara hazır olduğunu bir daha bəyan edib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью