Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Livan Prezidenti Cozef Aun qondarma “erməni soyqırımının 111-ci ildönümü” ilə bağlı bəyanat verərək, “tarixi yaddaşın qorunmasına” çağırıb.
“AzPolitika” xəbər verir ki, Livan başçısı bəyanatında ermənilərlə həmrəyliyini ifadə edib.
O, Livanın ermənilər üçün “ikinci vətən” olduğunu xüsusi qeyd edib: "Erməni xalqını salamlayırıq və Livanın azadlıq və müxtəliflik ölkəsi kimi missiyasına sadiqliyini, eləcə də xatirənin qorunmasının faciələrin təkrarlanmasının qarşısını almaq üçün vacib olduğuna inamını bir daha təsdiqləyirik".
“AzPolitika.info”