Livan qoşunları Suriyadan açılan atəşə cavab verə biləcəklər

09.02.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Livan Ordusunun komandanlığı Prezident Cozef Aunun əmri ilə Suriya ərazisindən atəşə cavab olaraq Suriya ilə sərhəddə yerləşən qoşunlara atəş açmaq əmri verib.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

“Livan Prezidenti, general Cozef Aunun tapşırığına əsasən, Silahlı Qüvvələrin komandanlığı şimal və şərq sərhədlərində yerləşən hərbi birləşmələrə Suriya ərazisindən Livan yaşayış məntəqələrinə doğru endirilən atəş mənbələrinə cavab zərbələri endirmək əmri verib”, - məlumatda deyilir.

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью