Livan Romadan dəstək gözləyir

05.08.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Beyrut ABŞ-ın vasitəçiliyi ilə İsraillə aparılan danışıqların növbəti mərhələsində iştirak etmək üçün Romaya geniş tərkibli nümayəndə heyəti göndərir.

Bu barədə “Əl-Ərəbi Əl-Cədid” nəşri özəl mənbəyə istinadən xəbər verib. Diplomat Simon Karamin rəhbərlik edəcəyi nümayəndə heyətinin tərkibinə hərbi ekspertlər, səfirlər, hüquqşünaslar və iqtisadi müşavirlər daxildir. Beyrut görüşdə İsrailin Livanın cənubundakı hərbi əməliyyatlarının tam dayandırılmasında israr edəcək. İsrail qoşunlarının mərhələli şəkildə geri çəkilməsi və Livan ordusunun həmin ərazilərdə yerləşdirilməsi də müzakirə olunacaq.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью