Livan SN: İsrailin hücumları nəticəsində 24 nəfər ölüb, yaralılar var

24.11.2024

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimal-şərqindəki şəhər və qəsəbələrə intensiv zərbələr endirib, nəticədə 24 nəfər ölüb, 45 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Təcili Yardım Mərkəzinin hesabatında deyilir.

Bildirilib ki, raket zərbələri “Hizbullah”ın bazalarının yerləşdiyi və tərəfdarlarının yaşadığı Baalbek əyalətinə endirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью