Livan və “Hizbullah” ABŞnin atəşkəs təklifi ilə razılaşıb

19.11.2024

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Livan və “Hizbullah” ABŞ-nin İsraillə atəşkəsə dair təklif etdiyi saziş layihəsini təsdiqləyib, lakin bəzi qeydlər əlavə edib.

APA xəbər verir ki, bu barədə “Reuters“ agentliyinə Livan parlamenti sədrinin köməkçisi Əli Həsən Xəlil məlumat verib.
Onun sözlərinə görə, Livan ABŞ-nin Beyrutdakı səfiri Liza Consona yazılı cavabını göndərib.

Əli Həsən Xəlil indi hər şeyin İsraildən asılı olduğunu qeyd edərək, bildirib ki, bu, atəşkəsə nail olmaq üçün göstərilən ən ciddi səydir.

Livan rəsmisi bildirib ki, əlavə qeydlər müsbət mənada təqdim olunub. Digər təfərrüatlar açıqlanmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью