Livan və “Hizbullah” ABŞnin İsraillə atəşkəs təklifini qəbul etdi Reuters

19.11.2024

Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Beyrut və Livanın “Hizbullah” hərəkatı Vaşinqtonun İsraillə atəşi dayandırmaq  təklifini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyinə Livan parlamentinin sədri Nəbih Berrinin köməkçisi Əli Həsən Xəlil məlumat verib.
Onun sözlərinə görə, Livan ABŞ-nin Beyrutdakı səfiri Liza Consona yazılı cavabını bazar ertəsi göndərib.
Rəsmi indi hər şeyin İsraildən asılı olduğunu qeyd edərək, bunun atəşkəsə nail olmaq üçün göstərilən səylər arasında ən ciddisi olduğunu bildirib.
Cavabla bağlı təfərrüatlar verilməyib.
Livanın Baş naziri Nacib Mikatinin əvvəllər dediyi kimi, respublika hakimiyyəti yaxın vaxtlarda Beyruta səfər edəcək və ABŞ emissarı Eymos Hokstinlə sazişin təfərrüatlarını müzakirə edəcək.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью