Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin himayəsi altında Livan və İsrail nümayəndə heyətləri arasında danışıqların növbəti mərhələsi payıza qədər baş tutmayacaq.
Yeniavaz.com xəbər verir ki, “Əl Mayadeen TV” bu barədə diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, yaxın gələcəkdə danışıqlar gözlənilmir:
“Əgər yeni danışıqlar mərhələsi baş tutarsa, çox güman ki, yaydan sonra olacaq”.
Mənbə həmçinin bu mərhələdə ölkələr arasında birbaşa danışıqların mümkünlüyünü istisna edib.
4-6 avqust tarixlərində Romada keçirilən yeddinci məsləhətləşmə mərhələsinin nəticələrini şərh edən o, Amerika və İsrail tərəflərinin artıq razılaşdırılmış iki ərazidə irəliləyiş əldə olunana qədər Livanın “pilot zonalar”ın genişləndirilməsi təklifini rədd etdiklərini bildirib. O, həmçinin bildirib ki, onlar Livan tərəfindən şiə Hizbullah qüvvələrini cənubi Livanın Nəbatiyyə bölgəsindəki Əli əl-Taher yüksəkliklərindən çıxarmağı tələb ediblər.
26 iyunda Livan və İsrail ABŞ-ın himayəsi altında Vaşinqtonda keçirilən beş danışıqlar mərhələsindən sonra çərçivə sazişi imzalayıblar. Sazişə əsasən, Livan Silahlı Qüvvələri tədricən "ölkənin bütün ərazisi üzərində effektiv suveren nəzarəti" bərpa etməlidir. Saziş İsrail qoşunlarının təxliyə ediləcəyi "pilot zonaları"nın yaradılmasını nəzərdə tutur. İyulun sonunda Livan ordusu ölkənin cənubundakı ilk "pilot zonası"na yerləşdirilməyə başladı.