Livan və Türkiyə ordularının əlaqəsi gücləndirilir

24.12.2024

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Livan ordusunun komandanı, general Cozef Aun Türkiyənin ölkədəki səfiri Murad Lütem və hərbi attaşesi Erdinç Durmazla Yarzedəki ofisində görüşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Livan Milli Xəbər Agentliyinin (NNA) məlumatında deyilir.

Söhbət zamanı Livan və regiondakı ümumi vəziyyətin müzakirə edildiyi bildirilir.

Hər iki ölkənin orduları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, həmçinin Livan ordusu ilə BMT-nin Livandakı Müvəqqəti Qüvvələri - UNIFIL arasında koordinasiya məsələləri müzakirə edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью