Livanda atəşkəsdən sonra 570 mindən çox insan evlərinə qayıdıb

02.12.2024

Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Operativ Media" xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.

Məlumatda bildirilib ki, atəşkəsdən sonra 578,6 min nəfərdən çox məcburi köçkün öz evlərinə qayıtmağa başlayıb. Bu, 8 oktyabr 2023-cü il və 25 noyabr 2024-cü il tarixləri arasında Livanda qeydə alınmış 899,7 min məcburi köçkünün təxminən 65%-dir.

Qeyd olunub ki, məcburi köçkünlərin ümumi sayının 51 faizi qadınlar, 49 faizi kişilər təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью