Livanda BMT sülhməramlıları atəşə tutuldu

17.11.2024

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Livandakı bir qrup BMT sülhməramlısı Bedias kəndində patrul xidməti apararkən atəşə tutulub.

Milli.Az APA-ya istinadən bildirir ki, "Dünən günorta saatlarında Fransa və Finlandiya sülhməramlılarından ibarət BMT patrulu Bedias kəndində xidmət apararkən ən azı biri silahlı olan bir qrup şəxslə rastlaşıblar. Onlar sülhməramlıların dayan əmrinə tabe olmayıb" - məlumatda bildirilir.

Sülhməramlı bölmənin mətbuat xidməti patrula təxminən qırx atəş açıldığını deyib. Ehtimal edilir ki, bu "qeyri-dövlət birləşmələrinin" döyüşçüləri tərəfindən açılıb.

Qeyd edək ki, bu ifadə adətən Hizbullah və ya Livanın cənubundakı digər qruplarla bağlı işlədilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью