Livanda BMTnin 4 sülhməramlısı yaralanıb

22.11.2024

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

BMT-nin italyalı 4 sülhməramlısı Livanın cənubundakı mövqelərinə döyüş mərmiləri düşməsi nəticəsində yaralanıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) bəyanatında deyilir.

“Şamaadakı Qərb Sektor Komandanlığının qərargahına 122 mm-lik mərmi düşüb, nəticədə 4 italyan sülhməramlı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, xoşbəxtlikdən həyatları təhlükə altında deyil”, - bəyanatda vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью