Livanda bombalanma: xeyli ölən var Meyitlərin bəziləri parçalanıb

25.11.2024

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

İsrail ordusu bu gün Livanın cənubunda - Aralıq dənizi sahilində yerləşən Sur şəhərini bombardman eləyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ilkin məlumata görə, nəticədə 14 mülki şəxs həlak olub, yaralılar var.

Livanın Səhiyyə Nazirliyi isə İsrail ordusunun Bas və Ayn Baal bölgələrinə hücumu ilə bağlı informasiya yayıb.

Nazirlikdən bildirilib ki, hücumda 6 nəfər ölüb, 4 nəfər yaralanıb: "Bəzi cəsədlər parçalara bölündüyündən şəxsiyyətlərini müəyyən etmək mümkün olmayıb. Bunun üçün DNT testləri aparılacaq. Ayn Baal bölgəsində isə 1-i ağır olmaqla 8 nəfər yaralanıb".

Livanın NNA agentliyi isə yazır ki, Surun Mareke bölgəsinə hücumda 8 nəfər həyatla vidalaşıb.

Tahir Şəlvəli

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью