Livanda daha bir “Hizbullah” rəsmisi öldürülüb

22.01.2025

Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Livanın paytaxtı Beyrutda “Hizbullah” rəsmisi Şeyx Məhəmməd Həmadi Qərbi Beka bölgəsində yaşadığı evin qarşısında naməlum şəxslər tərəfindən öldürülüb.

Missiya.Az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, Həmadi iki avtomobildən açılan atəç nəticəsində ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Bildirilib ki, silahlı şəxslər sui-qəsd əməliyyatı keçirdikdən sonra naməlum istiqamətə qaçıblar.

Məlumata görə, “Hizbullah” rəsmiləri hücumla bağlı hələlik heç bir şərh verməyib. 

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью