Livanda “Hizbullah”a məxsus silahlar arasında USAID in humanitar yardımı aşkar edilib

11.02.2025

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) humanitar yardımı Livanda “Hizbullah”ın silah anbarında aşkar edilib.

APA xəbər verir ki, bu barədə “New York Post” İsrailin ehtiyatda olan hərbçisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, Livanda “Hizbullah”ın dayaq məntəqəsində patrulda olarkən snayper tüfəngləri, tank əleyhinə raketlər və partlayıcı maddələr yanında üzərində USAID yazısı olan bağlamalar aşkar edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью