Livanda iki “Hizbullah” komandiri öldürülüb

17.11.2025

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 17 noyabr, AZƏRTAC

İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatı Livanın cənubuna zərbə endirib və “Hizbullah”ın iki yüksək rütbəli üzvü həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl Hadath” telekanalı məlumat yayıb.

Məlumata görə, müqavimət komandirləri hesab edilən Məhəmməd Şveyya və Radvan Xaşab İsrail PUA-sının raket atdığı avtomobildə olublar. Hadisə Tire şəhəri yaxınlığındakı Əl-Mansuri kəndində baş verib. Zərbədən sonra avtomobil yanıb və içəridəki komandirlər aldıqları xəsarətlərdən ölüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью