Livanda iki İsrail hərbçisi yaralandı

07.09.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

İsrail ordusu Livanın cənubunda Bofort-Ridc bölgəsində “Hizbullah” döyüşçüsünün hücumu nəticəsində iki İsrail hərbçisinin yaralandığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Qeyd olunur ki, hərbçilər yaralanmalarına baxmayaraq, “Hizbullah” döyüşçüsünü öldürə biliblər.
İsrail ordusunun zərbələr endirdiyi hədəflər arasında silah anbarları, komanda mərkəzləri və “Hizbullah”ın digər obyektləri olub. Bu açıqlamadan əvvəl İsrail ordusu Livanın cənubundakı Nəbatiyə bölgəsinə gecə saatlarında zərbələr endirib.
Bundan əlavə, İsrail ordusu daha sonra həmin bölgəyə yenidən zərbələr endirib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью