Livanda ikinci cəbhə açılıb

12.03.2026

Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son saatlarda İsrail ordusu “Hizbullah”ın Livandakı hədəflərinə silsilə zərbələr endirib.

Reyting.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hücumlar zamanı onlarla raket buraxılış qurğusu, həmçinin İsrailə raket atmağa hazırlaşan “Hizbullah” yaraqlıları aşkarlanaraq məhv edilib.

Bundan başqa, “Hizbullah”ın komandanlıq məntəqələri kimi istifadə etdiyi on bina yarım saat ərzində hücuma məruz qalıb. Buraya kəşfiyyat qərargahı, Radvan bölməsinin qərargahı və digər komanda infrastrukturu daxildir.

E. KAMAL


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью