Livanda İsrailin avtomobilə hücumu nəticəsində bir nəfər ölüb

18.04.2025

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şahidlərdən alınan məlumata görə, İsrail ordusu Livanın cənubundakı Sayda şəhərinin əl-Qaziyə bölgəsində hərəkətdə olan avtomobili pilotsuz uçuş aparatı (PUA) ilə bombalayıb. İlkin məlumata görə, hücum nəticəsində bir nəfər ölüb.

Livan ordusu avtomobilin hədəf alındığı bölgədə təhlükəsizlik tədbirləri görüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью