Livanda İsrailin hücumları nəticəsində 11 nəfər həlak olub

16.11.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

İsrailin Livanın cənub və şərq bölgələrinə aviazərbələri mülki əhali arasında itkilərə səbəb olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi yanında Təcili Tibbi Yardım Mərkəzi məluma yayıb.

“Bekaa bölgəsində Əl-Hreyba kəndindən 6 nəfərin öldüyü barədə məlumat daxil olub. Zərbə məcburi köçkünlərin yaşadığı yaşayış binasına dəyib. Ölənlərin hamısı eyni ailənin üzvləridir. Üçü uşaq olmaqla daha beş nəfər isə şəhərin yaxınlığındakı Ayn Qana kəndinə hava hücumu zamanı həlak olub”, – məlumatda deyilir.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью