Livanda məscid atəşə tutulub

05.08.2026

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İsrailin Livanın cənubunda yerləşən Tibninə endirdiyi aviazərbə nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Bu barədə Livanın Milli İnformasiya Agentliyi məlumat yayıb.

Məlumata görə, zərbə məscidə endirilib.

Öz növbəsində, İsrail Müdafiə Qüvvələri "Hizbullah" qruplaşmasını atəşkəs rejimini pozmaqda ittiham edərək Livanın cənubuna zərbələr endirməyə başlayıb.

İsrail Müdafiə Qüvvələri qeyd edib ki, zərbələr nəticəsində Sribbin ərazisində "Hizbullah"ın İsrailə hücumlar üçün istifadə etdiyi yeraltı tunel məhv edilib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью