Livanda müharibə bitir?

22.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

İran xarici işlər naziri Abbas Əraqçi Qətər və Pakistan vasitəçiliyi ilə keçirilən ilk raund danışıqların başa çatmasından sonra verdiyi bəyanatda Livandakı müharibənin bitirilməsi istiqamətində əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, "X" sosial media platformasında etdiyi paylaşımda Əraqçi ABŞ ilə danışıqlarla bağlı şərh verib.

O, Livanda əlavə qarşıdurmanın qarşısını almaq üçün yaradılacaq işçi qrupun real sınaq olacağını bildirib: "Pakistan və Qətərin vasitəçiliyi ilə Livandakı müharibənin bitməsi istiqamətində irəliləyiş əldə olunub".

Əraqçi, həmçinin ölkəsinin neft ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırıldığını və blokadanın bitdiyini vurğulayıb. Əlavə edib ki, İranın dondurulmuş aktivlərinin bir hissəsi də azad edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью