Livanda Müstəqillik Günümüz qeyd olunub FOTO

07.06.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Livanın Kavaşra kəndində fəaliyyət göstərən Azərbaycan Evində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir təşkil edilib.

Modern.az xəbər verir ki, tədbirə kənddə yaşayan türkmənlər qatılıb. 

Azərbaycan Evində fəaliyyət göstərən Azərbaycan tarixi və mədəniyyəti, eləcə də türk dilini tədris edən müəllimlər birgə təqdimatla çıxış ediblər. Təqdimatlar vasitəsilə ölkəmizin zəngin tarixi və mədəni irsi barədə bilgilər paylaşılıb. Şagirdlərə interaktiv üsullarla Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması, onun dövlətçilik tarixindəki əhəmiyyəti və müstəqillik ənənələri barədə məlumat verilib. 

Uşaqlar üçün maraqlı və maarifləndirici şəkildə keçirilən tədbirin əsas məqsədi gənc nəslin milli dəyərlər və tariximizə dair biliklərini artırmaq və onlarda vətənpərvərlik hissini  gücləndirmək olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью