Livanda ölənlərin sayı 3 mini keçib

21.05.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri Livanda həlak olanların sayı 3 mini keçirb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat verib. Nazirliyin X hesabında bildirilir ki, təkcə son 24 saat ərzində 16 nəfər həlak olub, 35 nəfər yaralanıb.
"Ümumilikdə, indiyə qədər həlak olan vətəndaşların ümumi sayı 3089-a, yaralıların sayı isə 9397-yə çatıb",-deyə nazirlik bildirib.
O da qeyd olunur ki, bir sıra yaşayış məntəqələrində xilasetmə qrupları dağıntıları təmizləməyə davam edir və qurbanların, eləcə də yaralananların sayı arta bilər.
Arzu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью