Livanda ölənlərin sayı 41 ə çatdı YENİLƏNİB

07.03.2026

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İsrailin aviazərbələri nəticəsində Livanın şərqində ölənlərin sayı 41 nəfərə çatıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin açıqlamasında deyilir ki, Baalbek rayonunun Nabi Çit qəsəbəsinə İsrail tərəfindən həyata keçirilən bir sıra hücumlar nəticəsində 41 vətəndaş ölüb, 40 nəfər yaralanıb.

***

12:12

Gecə İsrailin aviazərbələri nəticəsində Livanın şərqində 16 nəfər ölüb, 35 nəfər yaralanıb.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Nazirliyinin açıqlamasında deyilir ki, Baalbek rayonunun Nabi Çit qəsəbəsinə İsrail tərəfindən həyata keçirilən bir sıra hücumlar nəticəsində ilkin məlumata görə, 16 vətəndaş ölüb, 35 nəfər yaralanıb.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью