Livanda partlayış: hərbçi həlak oldu

19.07.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Livanın cənubundakı Mənsuri qəsəbəsində hərbi avtomobilə yerləşdirilən bombanın partlaması nəticəsində livanlı hərbçi həlak olub.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı bir zabit və daha bir əsgər də yaralanıb.

Qeyd olunub ki, aparılan ilkin araşdırma nəticəsində partlayıcı qurğunun İsrail ordusuna məxsus olmadığı müəyyən edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью