Livandakı suriyalılar ölkələrinə dönür Allaha şükürlər olsun ki, Əsəd rejimindən xilas olduq

09.12.2024

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyada Baas rejiminin devrilməsinin ardından vaxtilə  Livana da sığınan suriyalılar vətənlərinə dönməyə başlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq dünən səhərdən Livanın şərqindəki Məsna Sərhəd Qapısına gedən yolda  yüzlərlə maşının iştirakı ilə uzun növbə yaranıb. 

Onlar Əsədin devrilməsindən sonra ölkədə rahat yaşaya biləcəklərinə inandıqlarını deyirlər.

Gənclərdən biri sevincini belə bölüşüb: "Allaha şükürlər olsun ki, Əsəd rejimindən xilas olduq. İnşallah evə qayıdacayıq. Mən hələ doğma şəhərimi görməmişəm. 5 yaşım olanda oradan ayrılmalı olduq. 13 ildir qürbətdəyik..."

Xatırladaq ki, 2011-də başlayan daxili savaş zamanı suriyalıların böyük bir qismi də Livana sığınmışdı.

Zülfiyyə Mustafayeva
MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью