Livandan ABŞ a çağırış: İsrailə təzyiq göstər

15.10.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Livan prezidenti Cozef Aun ABŞ dövlət katibi Marko Rubiodan İsrailə Livanın cənubundakı kənd və qəsəbələrə hücumları dayandırması üçün təzyiq göstərməsini istəyib.

Turkustan.az xəbər verir ki, Livan Prezident Administrasiyasının ABŞ-da yerləşən X sosial şəbəkəsində yaydığı məlumata görə, Aun axşam saatlarında Rubio ilə telefon danışığı aparıb.

Tərəflər söhbət zamanı Livandakı və regiondakı ümumi vəziyyəti, eləcə də İsrailin ölkənin cənubundakı yaşayış məntəqələrinə davam edən hücumlarını müzakirə ediblər.

Aun Rubiodan İsrailə hücumları dayandırmaq, çərçivə sazişinin şərtlərinə əməl etmək, dağıntılara son qoymaq, fermerlərin əkin sahələrinə girişinə imkan yaratmaq və onların fəaliyyətinə müdaxiləni dayandırmaq üçün təzyiq göstərməsini xahiş edib.

Livan prezidenti bildirib ki, ölkənin ordusu və təhlükəsizlik qüvvələri silahlı qrupların açıq fəaliyyətinin qarşısını almaq, silah-sursatı müsadirə etmək və qaçaqmalçılıqla mübarizə aparmaqla bağlı qərarları tam şəkildə icra edir. Onun sözlərinə görə, son günlər görülən tədbirlər də bu məqsədlərə xidmət edir.

Aun əlavə edib ki, məhkəmə orqanları onlara təqdim olunan bütün işləri araşdırır. O, məsul şəxslərə qarşı güzəştə gedilməyəcəyini və qanunların ayrı-seçkilik qoyulmadan tətbiq olunacağını vurğulayıb.

Aytən Yaşar/Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью