Livandan İrana ağır zərbə: Hizbulah silahlıları saxlanıldı

03.03.2026

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Livan hərbçiləri gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində “Hizbullah“ın 12 silahlı üzvünü saxlayıb.

Globalinfo.az xəbər verir ki, saxlanılan şəxslər müqavimət göstərməyiblər.

Hadisə Sidon şəhəri yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində qeydə alınıb.

Xatırladaq ki, martın 2-də Livan hakimiyyəti “Hizbullah”ın istənilən hərbi fəaliyyətini qadağan edib və təşkilatın silahlı qanadının fəaliyyətini qanundankənar sayıb. Qərar Sarafand ərazisindən İsrailin şimal yaşayış məntəqələrinin atəşə tutulmasından sonra qəbul olunub. Həmin insident Livanın cənubunda növbəti gərginlik dalğasına səbəb olub.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью