Livandan İsrailə 40dan çox raket atıldı KONKRET

07.11.2024

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Hayfa körfəzi bölgəsində, eləcə də Şimal və Qərbi Qalileydə həyəcan siqnalı verilib.

KONKRET.az xəbər verir ki, çaxnaşmaya səbəb Livandan  İsrailin şimalına atılan raketlər olub. Müəyyən edilib ki, İsrail ərazilərinə 40-dan çox raket düşüb.

İsrail Müdafiə Nazirliyinin məlumatına görə raketlərin əksəriyyəti zərərsizləşdirilib. Qalanlar isə çöllük ərazilərə düşüb.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью