Livandan İsrailə beş raket atılıb

09.11.2024

Operativmedia portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İsrail ordusu ölkənin şimalına növbəti raket atışlarının qeydə alıb.

“Operativ Media” xəbər verir ki, bu barədə TASS ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, Livandan 5 raket atılıb və bu səbəbdən Yuxarı Qalileyin bir neçə bölgəsində hava hücumu xəbərdarlığı ilə bağlı sirenalar səsləndirilib.

“Raketlərin bəziləri məhv edilib, qalanları isə yaşayış olmayan ərazilərə düşüb”, - ordunun açıqlamasında bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью