Livandan İsrailə xəbərdarlıq edib

13.12.2024

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Livanın baş naziri Nəcib Mikati İsrailə atəşkəs razılaşmasına əməl etməsi barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə Mikati ofisi açıqlama yayıb.

Açıqlamaya əsasən, atəşkəsi dəstəkləyən ölkələr İsrailin hücumlarına qarşı açıq mövqe nümayiş etdirməli və İsrailin hücumlarını dayandırması ilə bağlı çağırış etməlidirlər.

O, İsraildən atəşkəsi pozan hücumları dayandırmasını istəyib.

"Xiyam və Mercayun bölgələrində ölən və yaralananlar var. Bu, İsrailin Xiyam qəsəbəsinə etdiyi hücumların nəticəsidir. İsrailin atəşkəs rejiminə əməl olunmasına nəzarət edən komitə tərəfindən bu problem həll edilməli və hücumların  qarşısının alınması zəruridir", - açıqlamada qeyd olunub.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью