Livanın Baş naziri atəşkəsə çağırdı

31.05.2026

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Livanın Baş naziri Nəvaf Salam İsrailin ölkənin cənubunda həyata keçirdiyi hərbi əməliyyatları tənqid edib.

“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, o, əməliyyatlara görə sakinlərin yaşayış məntəqələrindən köç etdiyini bildirib.

N.Salam bildirib ki, Livanın cənubunda davam edən hava və quru əməliyyatlar təhlükəli eskalasiyaya səbəb olur və bölgədə sabitliyə zərbə vurur. O, təcili və real atəşkəsə çağırış edib. Sezar pizza

Bu açıqlamalar İsrail ordusunun Livanın cənubunda strateji əhəmiyyət daşıyan Bofor qalasını ələ keçirməsi və Nəbatiyyə istiqamətində quru əməliyyatlarını genişləndirməsi fonunda səslənib. İsrail Baş naziri Benjamin Netanyahu isə bu əməliyyatı Hizbullaha qarşı siyasətdə “kəskin dəyişiklik” adlandırıb və ordunun Livanda manevrləri genişləndirməsi barədə göstəriş verdiyini açıqlayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью