Livanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib KONKRET

05.06.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Livan Respublikasının Baş naziri Nəvaf Salam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

KONKRET.az xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi, xalqınıza davamlı tərəqqi və firavanlıq arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Tam əminəm ki, Azərbaycan ilə Livan arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə gələcəkdə daha da möhkəmlənəcək və inkişaf edəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью