Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qahirə, 17 sentyabr, AZƏRTAC
Vaşinqton, Beyrut və İsrail arasında “Üçtərəfli Çərçivə” yalnız danışıqlar üçün siyasi çərçivəni formalaşdırır, hüquqi mənada razılaşma və ya müqavilə demək deyil.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu Livanın Baş naziri Nəvaf Sallam bu gün hökumətin iclasında bildirib.
Baş nazir vurğulayıb ki, Beyrut danışıqlardan istənilən nəticələri hələ əldə etməyib. Qeyd edib ki, İsrail qoşunlarını Livan ərazilərindən tam geri çəkməyib. Əlavə edib ki, Livanın danışıqlarda mövqeyi daxili dəstək alanda daha güclü olur.
Baş nazir diqqətə çatdırıb ki, bir neçə sakin hələ də əsirlikdədir və insanlar öz evlərinə qayıda bilmirlər: “Buna baxmayaraq, danışıqlar hələ davam edir. Hökumətin siyasəti Livanın regional tərəflərin mübarizəsi meydanına çevrilməsinin qarşısını almağa yönəlib”.
Xatırladaq ki, sentyabrın 17-də Fransa Prezidentinin dəvəti, Livan və İordaniyanın dövlət başçılarının iştirakı ilə Livan ordusuna və daxili təhlükəsizlik qüvvələrinə dəstək konfransı keçiriləcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə