Livanın Baş naziri Dəməşqə rəsmi səfər edəcək

07.01.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Livanın Baş naziri Nəcib Mikatinin rəhbərlik etdiyi hökumət nümayəndə heyəti Suriyanın yeni administrasiyası ilə danışıqlar aparmaq üçün Dəməşqə rəsmi səfər edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin nümayəndəsi, respublikanın informasiya naziri vəzifəsini icra edən Ziyad Məkkari deyib.

Hökumət bu gün keçirilən iclasında Baş nazir Mikatinin başçılıq etdiyi rəsmi nümayəndə heyətini Dəməşqə göndərmək qərarına gəlib, səfər yaxın vaxtlarda baş tutacaq”, - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью