Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail ordusunun atəşkəsə baxmayaraq Livanın müxtəlif bölgələrinə təşkil etdiyi hava hücumları nəticəsində 10 nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, Livanın NNA xəbər agentliyinin məlumatına görə, İsrail ordusunun ölkənin cənubundakı Nəbatiyyə vilayətinin Adşit qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində 3 nəfər həlak olub.
İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Nəbatiyyənin Deyr əz-Zəhrani qəsəbəsində magistral yolda hərəkətdə olan motosikleti hədəfə alıb.
Hücum nəticəsində 1 nəfər ölüb.
Digər PUA hücumunda isə Bint Cübeyl rayonunda Bir əs-Səlasil–Kəfr Dunin yolu ilə hərəkət edən motosiklet vurulub. Motosiklet sürücüsü hadisə yerində həyatını itirib.
Nəbatiyyənin Kəfr Rumman qəsəbəsində də İsrail PUA-sının hədəf aldığı avtomobildə olan 1 nəfər həlak olub.
İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə şəhərinə bağlı Duveyr qəsəbəsində bir binanı bombalayıb. Hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Hədəfə alınan bina tamamilə dağılıb.
Şəhərin Habbuş qəsəbəsinə edilən İsrail hücumunda daha 2 nəfər həyatını itirib.
İsrail ordusu səhər saatlarında Yuxarı Nəbatiyyə, Zibdin, Şukin, Cibşit və Kəfr Təbnit qəsəbələrini də bombardman edib.
Bundan əlavə, Deyr Zəhrani qəsəbəsində İsrail döyüş təyyarələri iki binanı hədəfə alıb.
Livanın cənubundakı Sur şəhərində isə İsrail ordusunun hücumlarının hədəfində Burc Qalavay və Deyr Kifa qəsəbələri olub.
Burc Qalavaya edilən hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Həmçinin İsrail ordusunun şəhərdəki Cəbəl Amil Xəstəxanasının ətrafına təşkil etdiyi hücum zamanı bir banka məxsus bina dağılıb, 12 nəfər yaralanıb.
İsrail ordusu Livanın cənubundakı Mərcayun rayonunda binaların dağıdılmasını da davam etdirib.
Bu arada, İsrailin hücum təhdidləri səbəbindən əhalinin bölgəni tərk etməyə məcbur olduğu Livanın cənubundakı Arnaya və Ankun qəsəbələrindən kütləvi köç dalğasının müşahidə edildiyi bildirilib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin