Livanla İsrail arasında atəşkəs razılaşması BU GECƏ qüvvəyə minə bilər

26.11.2024

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Livan və İsrail arasında atəşkəs razılaşması noyabrın 26-dan 27-nə keçən gecə qüvvəyə minə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Livan mətbuatında məlumatlar yayılıb. 
 

Bildirib ki, atəşkəs elanı noyabrın 27-də Livanın Baş naziri Nəcib Mikati tərəfindən verilə bilər. Nazirin özü isə jurnalistlərə bu məlumatı təsdiqləməkdən imtina edərək, danışıqlar getdiyi bir vaxtda şərh verməkdən çəkinməyə üstünlük verdiyini deyib.


Qeyd edək ki, Livan və İsrail ABŞ-nin vasitəçiliyi ilə 60 günlük keçid müddətini nəzərdə tutan atəşkəs sazişi layihəsini müzakirə edir.
Bu müddət ərzində İsrail Livanın cənubundan qoşunlarını çıxarmalı, Livan qüvvələri isə sərhəd bölgələrinə yerləşdirilməlidir. 
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью