Liverpool Çerkini almaq istəyir

21.11.2024

Operativ MM saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənc və potensiallı bir hücum oyunçusunu transfer etməyi planlaşdıran "Liverpool" hərəkətə keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" "RMC Sport"a istinadən xəbər verir ki, "Liverpool" Rayan Çerki ilə maraqlanır.

İngiltərə nəhəngi 21 yaşlı futbolçunu transfer etmək istəyir.

Əlcəzair əsilli futbolçu üçün "Lyon" 30-35 milyon avro tələb edir.

Bu mövsüm "Lyon" forması ilə 11 oyunda iştirak edən Çerki 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью