“LiverpuI” Bundesliqadan hücumçu gətirmək istəyir

05.06.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Leypsiq”in hücumçusu Yan Diomande karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” 21 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə “Sky Sports” məlumat yayıb. “Qırmızılar” afrikalı hücumçu üçün Bundesliqa klubuna rəsmi təklif göndərib.

“Leypsiq” oyunçunu satmağa tələsmir. Daha bir neçə klubun diqqət mərkəzində olan Diomande üçün yüksək məbləğli təklif gözləyir.

Forvard başa çatan mövsümdə 33 oyunda 12 qol vurub, 8 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью