“Liverpul” 100 milyon ödəmək istəmir, 50 təklif edir İdmanXəbər

04.11.2024

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

“Liverpul” “Atletiko”nun yarımmüdafiəçisi Pablo Barriosun xidmətində maraqlıdı.

İdmanxeber.az-ın məlumatına görə, “qırmızlar” futbolçunu transfer etməkdə israrlıdı. Rəhbərlik bunun üçün qarşı tərəflə danışıqlara hazırlaşır.

Barriosun müqaviləsində 100 milyon avroluq sərbəstqalma məbləği var. Ancaq Premyer Liqa klubu bu məbləğin çox olduğunu düşünür. “Liverpul” qarşı tərəfə 50 milyon avro təklif edib.

İspaniya millisinin üzvü cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью