“Liverpul” 14 yaşlı ukraynalı ilə müqavilə imzaladı

09.09.2026

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukraynanın U-15 yığmasının üzvü Miroslav Vaskovski “Liverpul”la müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 14 yaşlı yarımmüdafiəçi ilə sözləşmənin detalları açıqlanmayıb.

Ukraynalı oyunçu 2022-ci ildən “Austriya” klubunun akademiyasında olub. O, Ukraynanın U-15 yığmasının heyətində UEFA İnkişaf Turnirində iştirak edib və çıxışı ilə diqqət çəkib.

Vaskovski “Liverpul”un U-14 və U-15 komandalarında oynayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью