Liverpul 20 ci dəfə İngiltərə Premyer Liqasının qalibi oldu

27.04.2025

Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

"Liverpul" klubu 20-ci dəfə İngiltərə Premyer Liqasının çempionu olub.
Yeniavaz.com
xəbər verir ki, Arne Slotun rəhbərlik etdiyi komanda 34-cü turda "Tottenhem" üzərində 5:1 hesablı qələbə qazanaraq, mövsümün bitməsinə bir neçə tur qalmış çempionluğu rəsmiləşdirib.
“Enfild” stadionunda baş tutan qarşılaşmada meydan sahiblərinin qollarını Luis Dias (16-cı dəqiqə), Aleksis Makallister (24-cü dəqiqə), Kodi Qakpo (34-cü dəqiqə) və Məhəmməd Salah (63-cü dəqiqə) vurublar. "Tottenhem"in futbolçusu Destiny Udoji isə 69-cu dəqiqədə avtoqol ilə fərqlənib. Qonaqların yeganə qoluna Dominik Solanke 12-ci dəqiqədə imza atıb.
Məhəmməd Salah bu qarşılaşmada vurduğu qolla Premyer Liqada 185-ci qola çataraq, argentinalı Serxio Aqueronu geridə qoyub və turnirin ən məhsuldar əcnəbi oyunçusu olub.
Bu, "Liverpul"un son beş ildə ilk, ümumilikdə isə 20-ci liqa tituludur. Klub Premyer Liqa formatında isə ikinci dəfə çempionluq sevinci yaşayıb. Komanda sonuncu dəfə 2020-ci ildə Yurgen Kloppun rəhbərliyi altında çempion olmuşdu.
Qeyd edək ki, mövsümün əvvəlində Opta şirkətinin statistik hesablamalarına görə, "Liverpul"un çempionluq şansı cəmi 5,1% qiymətləndirilirdi. Əsas favorit isə 82,2% şansla "Mançester Siti" hesab olunurdu. Lakin "Siti"nin əsas futbolçularından Rodri sentyabr ayında zədələndikdən sonra komanda qeyri-sabit çıxış etməyə başladı.
Arne Slotun komandası Premyer Liqada bu mövsüm cəmi iki məğlubiyyət alaraq, ardıcıl və inamlı çıxışı ilə titulun əsas favoritinini geridə qoymağı bacardı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью