“Liverpul” “23”ə çatıb İdman və Biz

30.12.2024

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Liverpul”un məğlubiyyətsiz oyunlar seriyası 23-ə çatıb.

İdman.biz xəbər verir ki, Mersisayd təmsilçisi Premyer Liqanın XIX turunda “Vest Hem”lə görüşüb.

Arne Slotun yetirmələri səfərdə 5 cavabsız qolla qalib gəlib. Bu, “Liverpul”un bütün turnirlər nəzərə alınmaqla uduzmadığı ardıcıl 23-cü matç olub.

Bu müddətdə 20 qələbə qazanan komanda 3 heç-heçə edib. “Liverpul”un son məğlubiyyəti sentyabrın 14-də “Nottinhem Forest”lə görüşdə qeydə alınıb – 0:1.

Qeyd edək ki, 18 oyunda 45 xal toplayan Slotun komandası Premyer Liqanın lideridir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью