“Liverpul” 3 dəqiqəyə 2 qol vurub qələbə qazandı

18.01.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

"Liverpul" İngiltərə Premyer Liqasının 22-ci turunda "Brentford"un qapısından 2 cavabsız top keçirib.

Lent.az-ın xəbərinə görə, oyunun əsas vaxtında hesab açılmayıb. 

Əsas vaxta əlavə edilən 1 və 3-çü dəqiqələrdə uruqvaylı hücumçu Darvin Nunes iki dəfə fərqlənib.

"Liverpul" (50 xal) turnir cədvəlinə başçılıq edir və ikinci yerdə qərarlaşan "Arsenal"ı 7 xal qabaqlayır. Brentford 28 xalla 11-ci yerdədir.

Bu dəqiqələrdə “Arsenal” öz meydanında “Aston Villa” ilə oynayır. Hesab hələ ki açılmayb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью