“Liverpul” 35 yaşlı kapitanını komandada saxlamaq istəyir

26.11.2026

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

İngiltərənin “Liverpul” klubu kapitanı Vircil van Deyklə müqavilənin müddətini uzatmağa hazırdır.

İdman.Biz “TEAMtalk” nəşrinə istinadən xəbər verir ki, komandanın baş məşqçisi Andoni İraola 35 yaşlı niderlandlı müdafiəçinin cari mövsümdəki çıxışından razıdır.

Mersisayd təmsilçisinin rəhbərliyi van Deykin liderlik xüsusiyyətlərini və təcrübəsini yüksək qiymətləndirir. Klub xüsusilə gənc müdafiəçilərin yetişdirilməsində kapitanın mühüm rol oynayacağını düşünür.

“Liverpul” yeni mərkəz müdafiəçisi transfer etmək ehtimalını istisna etməsə də, hazırda bunu prioritet hesab etmir.

Van Deyk də İngiltərə klubunda qalmaqdan məmnundur. Hər iki tərəf qısamüddətli müqavilə variantını nəzərdən keçirməyə hazırdır. Lakin danışıqların sürətləndirilməsinə ehtiyac duyulmur.

Qeyd edək ki, 2018-ci ilin yanvarında “Sauthempton”dan “Liverpul”a keçən müdafiəçi Mersisayd təmsilçisinin heyətində 391 oyun keçirib, 50 qolda birbaşa iştirak edib. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью