Liverpul 84 milyonluq təklifi rədd etdi

01.02.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

"Liverpul" futbolçusu Darvin Nunesi cari qış transfer pəncərəsində satmaq niyyətində deyil.

QOL.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

"Əl-Nəsr" 25 yaşlı hücumçu üçün "mersisaydlılar"a 84 milyon avro təklif edib. Lakin "Liverpul" bu təklifə rədd cavabı verib.  

İngiltərə klubu uruqvaylı futbolçunun heç bir məbləğə satılmayacağını bildirib. Nunesin özünün isə “Əl-Nəsr”a mümkün transferin detallarını müzakirə etməkdə maraqlı olduğu vurğulanır.

Darvin Nunes cari mövsüm bütün turnirlərdə 29 oyun keçirib , 6 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью