Liverpul addım addım çempionluğa doğru

21.04.2025

Icma.az, Apasport portalına istinadən məlumat verir.

Futbol üzrə İngiltərə Premyer Liqasında çempionun adı bəlli olmaq üzrədir. 

Apasport.az xəbər verir ki, 33-cü turda lider "Liverpul" səfərdə "Lester Siti"nin qonağı olub.

Çempionluq yolunda kritik matçda səhv etməyən Mersisaydlılar səfərdən 3 xalla qayıtmağı bacarıb: 1:0.

Beləliklə, xallarının sayını 79-a yüksəldən "Liverpul" önümüzdəki həftə "Tottenhem"i məğlub edəcəyi təqdirdə çempionluğunu vaxtından tez rəsmiləşdirəcək.

"Lester Siti" isə bu məğlubiyyətlə 18 xalda, 19-cu pillədə qalıb və "Çempionşip"in qapısını ardına qədər açıb. 

“Çelsi” və “Arsenal”dan qələbə, “Yunayted” məğlub oldu “Napoli” və “Roma”dan qələbə “Trabzonspor”dan qələbə, “Beşiktaş” üstünlüyünü qoruya bilmədi “Bavariya” 3 xalı 4 qolla qazandı “Barselona”dan mükəmməl geridönüş
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью