“Liverpul” Aleks Skottu transfer etmək istəyir

28.08.2026

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Liverpul” yarımmüdafiə xəttini gücləndirmək üçün “Bornmut”un futbolçusu Aleks Skottu əsas transfer hədəfi kimi nəzərdən keçirir.

İdman.Biz Britaniyanın “The Independent” nəşrinə istinadla xəbər verir ki, 23 yaşlı futbolçuya maraq göstərən Mersisayd təmsilçisi hazırda onun transferi üçün “Bornmut”u satışa razı sala biləcək məbləği ödəməyə hazır deyil.

“Bornmut” yarımmüdafiəçini 90 milyon funt sterlinq (təxminən 208 milyon manat) dəyərləndirir. Bildirilir ki, “Liverpul” Skottun transferi üçün gələn ilə qədər gözləyə bilər.

Skott ötən mövsüm bütün turnirlərdə 39 oyunda meydana çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

“Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью